02.11.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Qaradağın deputatı icra hakimiyyətindəki həbslərdən DANIŞDI

02 noy 2025 15:00
GÜNDƏM
ads

Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. İcra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq şöbəsində rəhbər vəzifə tutan Zülfüqar Mansurov barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı rüşvət alma (Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri) üzrə ittiham irəli sürülüb.

Əməliyyat zamanı daha bir neçə şəxs də saxlanılıb. Onlardan bəziləri barəsində həbslə bağlı olmayan qətimkan tədbirləri tətbiq edilib.

Hazırda istintaq davam edir, vəzifəli şəxslərin dindirildiyi bildirilir və yaxın günlərdə yeni saxlanılmaların ola biləcəyi istisna edilmir.

Qutb.az həbslərlə əlaqədar Qaradağın deputatı ilə əlaqə saxlayıb.

O, hadisələrdən təəssüf keçirdiyini bildirib.

"Mən 1988-ci ildən Qaradağ rayonunda fəaliyyət göstərirəm. Həm rayon əhalisi ilə kifayət qədər münasibətlərimiz var, həm də icra strukturları ilə əlaqələrimiz idarəçilik prinsiplərinə əsaslanır. O ki qaldı, seçicilərin müraciətlərinə onların çoxsəpkili müraciətləri bizə daxil olur. Məsuliyyətə cəlb olunduqları məsələlərlə bağlı şikayətlər isə hüquq-mühafizə orqanlarına aiddir və görünür ki, ora müraciət olunub. Çox güman ki, bu məsələ də həllini hüquqi müstəvidə tapacaq. 

Mən həmin rayonun deputatıyam və uzun müddətdir ki, orada yaşayıram. Digər deputat həmkarlarım kimi biz də rayonda fəaliyyətimizi qurmuşuq. Bu prosesləri qeybət səviyyəsinə endirib hər hansı kiçik spekulyasiyasını aparmaq istəmirəm. Açığı, təəssüf hissi keçirirəm ki, uzun müddət fəaliyyət göstərdiyim, təmsil etdiyim rayonda belə bir hadisə baş verib”, – deyə Aydın Hüseynov qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur