Qalmaqalları İlhamə Quliyeva yaradırdı - Müğənni
“Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları” təsdiqlənib.
Qutb.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qaydaya əsasən, hava gəmisi ilə insanların həyatına və sağlamlığına və ya əmlakına təhlükə yarada biləcək uçuşların yerinə yetirilməsinə yol verilmir.
Hava gəmilərinin enməsi və qalxması üçün zəruri olan hallar və ya Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin icazəsi istisna olmaqla, fövqəladə vəziyyətin yaranması zamanı insanların həyatına və sağlamlığına və ya əmlakına təhlükə yaratmadan hava gəmisi enmənin icazə verdiyi hündürlükdə olmadıqda şəhərlərin və ya qəsəbələrin tıxaclı əraziləri üzərində və ya açıq havada insanların toplaşdığı (izdihamlı olduğu) yerlər üzərində uçuş yerinə yetirməsinə yol verilmir. Agentlik tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq uçuşda iştirak edən hava gəmisinin kapitanları (komanda verən pilotları) arasında əvvəlcədən razılaşdırılma və idarə olunan hava məkanında formalaşma uçuşu (“formation flying”) istisna olmaqla hava gəmiləri heyətlə uça bilməz. Hava gəmilərinin əməliyyat məhdudiyyətlərinin şərtlərinə uyğun olaraq və ya Konvensiyaya üzv dövlətin ərazisində olduqda həmin dövlətin icazəsi istisna olmaqla hava məkanının qadağan edilmiş və ya məhdudlaşdırılmış ərazisində uçuş əməliyyatı yerinə yetirilə bilməz. Beynəlxalq uçuşlar yerinə yetirilərkən Razılaşdırılmış Ümumdünya Vaxtından (UTC) istifadə edilir. Vaxt gecə yarısından başlayaraq 24 saat formatında olmaqla saatlarla və dəqiqələrlə, tələb olunduqda isə saniyələrlə də ifadə edilməlidir. Vaxt yoxlanılması nəzarət olunan uçuş yerinə yetirməzdən əvvəl, habelə tələb olunduqda uçuş vaxtı aparılır. Məlumat bağlantısı rabitəsi tətbiq edildiyi hallarda vaxtdan istifadə olunduqda, həmin vaxt Razılaşdırılmış Ümumdünya Vaxtına (UTC) 1 saniyəlik dəqiqliklə uyğun olmalıdır.
Hava gəmisinin istismarçısının uçuş heyətini hava gəmisinin uçuş əməliyyatlarının həyata keçirilməsi prosedurlarına uyğun təlimatlandırmaq, yoxlamaq və ya tanış etmək məqsədilə keçirdiyi uçuşlar məşq uçuşlarıdır. Təlim, sınaq və ya qeyri-kommersiya məqsədli sərnişin daşınmayan uçuşların keçirilməsi üzrə sinif və ya tip reytinqinin verilməsi yerinə Agentlik tərəfindən müəyyən edilmiş tələblərə uyğun ərizəçiyə icazə verilir. Bu icazənin qüvvəsi xüsusi uçuşu başa çatdırmaq üçün lazım olan vaxtla məhdudlaşır. Hava şarları istisna olmaqla baza aerodromu və ya istismar meydançası və uçuş hazırlığının aparıldığı hər hansı alternativ baza aerodromları ən azı bir uçuş- enmə zolağı və ya son yaxınlaşma və qalxma zonası (FATO) təlim təyyarələrinə təlim uçuşları üçün istifadə edilən bütün hava gəmilərinin nümayiş hədləri daxilində enməyə və ya qalxmağa imkan verməlidir. Akrobatik uçuş təlimi proqramı üzrə məşqlərə dair uçuş hazırlığını başa vurduqdan sonra tələbə pilot akrobatik manevrlərin ardıcıllığını ehtiva edən təkbaşına uçuş həyata keçirə bilmək qabiliyyətində olmalıdır. İkili təlim və nəzarət edilən təkbaşına təlim uçuşları hava gəmilərinin kateqoriyasına uyğunlaşdırılmalı və bu tip hava gəmilərinin icazə verilən manevrləri ilə məhdudlaşdırılmalıdır.
Hava gəmisinin kənd təsərrüfatı, tikinti, aerofotoçəkiliş, axtarış, araşdırma, reklam və bu kimi digər xüsusi xarakterli aviasiya fəaliyyəti ilə əlaqədar uçuş əməliyyatlarında istifadə edilən hava gəmilərinin uçuş əməliyyatları digər ümumi qaydalar ilə birgə bu Qaydalarla tənzimlənir.
Bu Qaydaların tələblərinə baxmayaraq qeyri-mürəkkəb motorlu hava gəmiləri ilə qeyri-kommersiya əməliyyatları və aşağıdakı əməliyyatlar aparıla bilər:
- yarış uçuşları və ya uçan plakatlara dair əməliyyatlar;
- təlim təşkilatları və ya aviasiya idman növlərini təbliğ etmək məqsədilə yaradılan təşkilatlar tərəfindən təşkilatın gəlir məqsədi olmadan həyata keçirdiyi paraşütlə tullanmaları, yüksək qabiliyyətli külək planerinin digər hava planeri ilə yedəklənməsi və ya aerobatik uçuşlar.
Təhlükəli maddələri havadan buraxan zaman əməliyyatçı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsinə, habelə uçuş əməliyyatının insanların toplaşmadığı və yaşayış məntəqələrindən mümkün qədər uzaq ərazilərdə həyata keçirilməsinə əmin olmalıdır. Hava gəmisinin istismarçısı cihazla yaxınlaşma əməliyyatlarının vizual hissələrində vizual istinadların itirilməsi riskinin azaldılması məqsədilə hər bir uçuş əməliyyatına dair nəzərdə tutulan yola düşmə, təyinat və ehtiyat aerodromu üçün aerodrom əməliyyat minimumlarını təyin etməlidir.
Uçuşun növündən və ya hava gəmisinin fəaliyyət göstərdiyi hava məkanının sinfindən asılı olmayaraq digər hava gəmiləri ilə potensial toqquşmaların qarşısının alınması məqsədilə hava gəmisinin bortunda sayıqlıq təmin edilməlidir. Hava gəmisinin kapitanı (komanda verən pilotu) digər hava gəmiləri ilə toqquşma təhlükəsi yarada biləcək məsafədə yaxın məsafədə uçuş əməliyyatı həyata keçirməkdən çəkinməlidir. Hava gəmisi öz istiqamətini və sürətini saxlamalıdır. Digər hava gəmisinin məcburi qaydada yerə endiyini bildikdə hava gəmisi həmin hava gəmisinə yol verməlidir. Aerodromun manevr sahəsində hərəkət edən hava gəmisi qalxan və ya qalxmaq üzrə olan hava gəmisinə yol verməlidir. Qəzaya uğramış hava gəmisinə kömək etməyə gedən nəqliyyat vasitələrinə və bütün digər yerüstü hərəkət vasitələrinə üstünlük verilməlidir.
Xəbərdarlıq xidməti hava hərəkətinə xidmət qurumları tərəfindən aşağıdakı hava gəmiləri barədə həyata keçirilir:
- hava hərəkətinə nəzarət xidməti təmin edilmiş bütün hava gəmilərinə;
- uçuş planı təqdim etmiş və ya hava hərəkəti xidmətlərinə başqa şəkildə məlum olan bütün digər hava gəmilərinə;
- qanunsuz müdaxilə aktı olduğu bilinən və ya şübhə edilən hər hansı hava gəmisinə.