Məşhur müğənni Kristina Aqulera yaza və yaya qədər arıqlayıb istədiyi bədən quruluşuna sahib olmaq istəyənlər üçün motivasiya ola bilər.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Dünən Qremmi mükafatlarının təqdimat mərasimində iştirak edən sənətçi yeni görünüşü ilə hər kəsi heyrətləndirib.
K. Aqulera 20 kq arıqlayıb. Ulduzun sözlərinə görə, o, buna yalnız sağlam üsullarla - konsert turlarına hazırlıq məşqləri və xüsusi göy qurşağı pəhrizi sayəsində nail olub. Müğənni şəxsi məşqçisi ilə həftədə 5 gün 2 saat idmanla məşğul olub.
Sənətçi ümumi qırmızı xalçadan keçərək mükafatı qaliblərdən birinə təqdim etmək üçün birbaşa səhnəyə çıxıb. Kristina təntənəli mərasimə uzun, dar və açıq mavi libasda təşrif buyurub.
Kristina Aqilera dünən nəinki arıqlaması, həm də iyirmi yaş cavan görünməsi ilə diqqət çəkib. O, demək olar ki, karyerasının əvvəlindəki kimi görünür.