Polşa Ukrayna ilə sərhədlərini müvəqqəti olaraq bağlanmaq üçün danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk məlumat verib.
“Mən gizlətməyəcəyəm ki, biz Ukrayna tərəfi ilə sərhədin müvəqqəti bağlanması, ticarətin tamamilə dayandırılması ilə bağlı danışıqlar aparırıq”, - Tusk bildirib.
Qeyd edək ki, Polşa fermerləri və digər aqrarçılar taxıl müqaviləsinə xitam verildikdən sonra Ukrayna taxılının Avropa İttifaqı ərazisinə ixracı ilə bağlı çoxsaylı etiraz aksiyaları keçiriblər. Polşa və digər Avropa ölkələrindəki fermerlər Ukrayna istehsalçılarını və öz hakimiyyətlərini yerli istehsalçıları məhv etməkdə və Avropa bazarını həddən artıq yükləməkdə ittiham edirlər.
Bu, Polşa-Ukrayna münasibətlərində gərginliyə səbəb olub.
Aytən