28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

İran müttəfiq olduğu üç ölkəni niyə bombalayıb? - Molla rejimi ilə bağlı ŞOK İDDİA

19 yan 2024 11:00
GÜNDƏM
ads

İran üç müttəfiq ölkə - Suriya, İraq və Pakistandakı hədəflərə zərbələr endirib. Bəs İran niyə bunu edib?

Publika.az "BBC"nin bununla bağlı araşdırmasını təqdim edir:

İsrailin Qəzzada çoxlu sayda fələstinlini qətlə yetirdiyi bir vaxtda İranın heç bir şey etməməsi İnqilab Keşikçiləri ilə bğlı narazılıq yaradıb. Onlar həmçinin İsrailin Suriyada İnqilab Keşikçiləri Korpusunun bir sıra yüksək səviyyəli komandirlərini öldürməsindən sonra İranın heç bir şey etməməsindən qəzəblənirlər.

İran bildirib ki, Pakistan daxilində raket və dron hücumu “İran terror qruplaşması” adlandırdığı yaraqlı qrup Ceyş əl-Ədlini hədəf alıb. Lakin Pakistan İranın iki uşağı öldürdüyünü deyib. Bu, Pakistanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması idi. Nəticədə Pakistan İranda yerləşən Bəlucistan Azadlıq Cəbhəsinə qarşı əks hücumlar həyata keçirib. İran üç qadın, iki kişi və dörd uşağın öldürüldüyünü bildirir. İnqilab Keşikçiləri Pakistanın bu reaksiyasını gözləmirdilər. Bu hücumlar qonşular arasındaki münasibətlərə ciddi ziyan vurub.

Qeyd edək ki, İran və Pakistan 900 km sərhədi bölüşürlər. Bu sərhədə əməkdaşlıq olmadan nəzarət etmək çətindir. Pakistan beynəlxalq forumlarda tez-tez Tehranın lehinə səs verən dəyərli müttəfiq olub.

Suriyaya hücumun isə Kirmandakı qətllərə cavab olduğu görünür. Lakin orada da İranın iddia etdiyi kimi İD və ya qatı sünni qruplarına qarşı böyük zərbələr barədə heç bir məlumat yoxdur.

İraqa gəldikdə isə bu ölkə bəlkə də İranın ən yaxın qonşusu və müttəfiqidir. Lakin İran höküməti Ərbildəki hədəfi vurmaq üçün təxminən 11 ballistik raketdən istifadə edib. İran İsrail kəşfiyyat agentliyi olan "Mossad"ın əməliyyat mərkəzini hədəf aldığını iddia edib. Lakin İraq və kürd səlahiyyətliləri tanınmış iş adamının evinin vurulduğunu və onun ailəsi ilə birlikdə öldüyünü bildirib.

İraq hökuməti bu hücumlarla bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edib. Bu hadisə iki xalq arasında illər ərzində formalaşan qonşuluq münasibətlərini korlayıb.

Ümumilikdə bu hücumlar İranın beynəlxalq mövqeyini daha da sarsıdıb və onun müdafiəsini riskə atıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur