Birləşmiş Ştatlar Ukrayna üzrə sülh danışıqları ilə bağlı Rusiya ilə əlaqə saxlamayıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən RBC-yə məlumat verilib.
Qeyd edilib ki, Ukraynanın özü olmadan Ukraynanın gələcəyini həll etməyəcəklər.
“Rusiya düşünə bilər ki, bu müharibəyə son qoymağın yolu Vaşinqtondan keçir. Bu, əlbəttə ki, doğru deyil”, - departamentinin bəyanatında deyilir.
Vurğulanıb ki, Moskva açıq şəkildə atəşkəsdə maraqlı olduğuna dair siqnallar göndərib, lakin Rusiyanın faktiki olaraq istənilən danışıqlara hazır olduğuna dair heç bir işarə yoxdur.
Hüseyn İbadlı