İran Prezidenti Məsud Pezeşkian Rusiyaya səfər edəcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, Pezeşkian oktyabrın 22-24-də Kazanda baş tutacaq BRICS sammitində iştirak edəcək.
İran prezidentinin sammitdə iştirakla bağlı Kremldən rəsmi dəvət aldığı bildirilir.