ABŞ-ın Müdafiə naziri Lloyd Ostin xəstəxanadan buraxılıb və artıq vəzifəsinin icrasına başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, o, sağalma mərhələsindədir və artıq saat 17:00-dan öz vəzifələrini yerinə yetirməyə başlayıb.
Onun müavini Kathlin Hicks, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun, Ağ Ev və Konqresə Ostinin buraxılması barədə məlumat verilib.