02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

17 yaşlı özbək idmançı bu ölkədə qrup halında zorlanıb

05 mar 2024 14:00
İDMAN
ads

İtaliyanın Siena şəhərində Özbəkistandan olan 17 yaşlı qılıncoynadan italyan idmançılar tərəfindən qrup halında zorlanıb.

Publika.az xəbər verir ki, faktla bağlı yerli prokurorluq tərəfindən araşdırma aparılır. Bu haqda “Il Messaggero” məlumat yayıb. Hadisə avqustun 5-də baş verib.

Qız oteldə üç gəncin əhatəsində oyanıb. Onun bədənində çoxsaylı qançırlar olub. Qızın otağına keçməyə çalışdığı, lakin huşunu itirdiyi bildirilir. Həmin gün idmançının anası onu tibb müəssisəsinə aparıb. Ona Romadakı klinikaların birində ilkin tibbi yardım göstərilib, daha sonra isə San Giovannidəki xəstəxanada müayinə olunub. İdmançının qanında spirtli içki və narkotik aşkar edilib. Bildirilir ki, bir gün əvvəl qız “pivə və iki stəkan araq” içib.

Nəşr aydınlaşdırır ki, bu gənclərdən ikisi şübhəli şəxs qismində istintaqa cəlb olunub. Zərərçəkmişin vəkili Luciano Guidarelli idman federasiyasına 6 ay müddətinə vəsatətlər göndərərək, onların ehtiyat tədbiri kimi yarışlarda iştirakdan kənarlaşdırılmasını tələb edib. Amma bu tələbə əməl edilməyib. Vəkil qızın il ərzində iki dəfə cinayətkarlarla yollarının kəsişdiyini və bunun onun “ikinci dərəcəli travma” almasına şərait yaratdığını bildirib.

İtaliya Qılıncoynatma Federasiyası da öz növbəsində qurumun belə hallarda idmançıları yarışdan kənarlaşdırmaq səlahiyyətinə malik olmadığını bildirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur