05.05.24 | Bakı 16.03° C |
07:05:24
Lent :

Oksana söz atdı: "Öz çirkinliklərində batacaqlar"

16:00 25.04.2024
GÜNDƏM
ads

İnsan itirdikcə qazanır... mən qazandım. Allaha min şükür olsun, hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ümidinizi ondan üzməyin! Allahın adını pis əməllərə görə istifadə edənlərdən, onun adı ilə yalandan and içənlərdən, onu dilində və əməllərində qiymətləndirməyən insanlardan uzaq olun...

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova sosial mediada yazıb. Sənətçi izləyicilərinə onları kiminsə incitməsinə icazə verməməyi tövsiyə edib. Ulduzun bu sözləri kimə ünvanlandığı maraq doğursa da, o, ad çəkməyib.

"Şükürlər olsun hər bir saf, təmiz günümüzə. Heç vaxt icazə verməyin nə gününüzü, nə də qəlbinizi ləkələsinlər. Onsuz da onlar öz çirkinliklərində batacaqlar və heç vaxt ordan çıxmayacaqlar, çünki belə insanlar üçün nə iman dəyəri, nə ailə dəyəri, nə mənəvi, nə ruhani dəyər yoxdur. Yalandan Allahın adını çəkən insanlar heç vaxt nə xoşbəxtlik, nə sağlamlıq, nə də hörmət tapacaqlar...", - yekunda Oksana vurğulayıb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    16.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az