ABŞ prezidenti Co Bayden prezident seçkilərinin ilk televiziya debatı zamanı fasilə verdiyi və çaşqınlıq yaşadığı üçün tənqid edilib.
Publika.az xəbər verir ki, sabiq ABŞ prezidenti Barak Obama bu hadisə ilə bağlı açıqlama verərək Baydeni dəstəkləyib.
“Bu seçim hələ də həyatı boyu sadə insanlar üçün mübarizə aparan biri ilə yalnız özünü düşünən biri arasında seçimdir. Bu, həqiqəti söyləyən, doğru ilə yanlışı tanıyan və bunu birbaşa Amerika xalqına deyən biri ilə öz xeyrinə yalan danışan biri arasında seçimdir”, - Obama bildirib.
Qeyd edək ki, Baydenin keçmiş kommunikasiya direktoru Keyt Bedinqfild debatdan dərhal sonra açıqlama verib: “Bu mövzuda heç bir dilemma yoxdur, bu, Co Bayden üçün yaxşı müzakirə olmadı”.
Roza Şəfiyeva