01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Nobel laureatı 6 ay həbs cəzasına məhkum edildi

01 yan 2024 14:00
GÜNDƏM
ads

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus əmək qanunlarını pozduğuna görə Dəkkə məhkəməsi tərəfindən altı ay həbs cəzasına məhkum edilib.

Publika.az xəbər veririk, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

Eyni həbs müddəti Yunusun təsis etdiyi “Grameen Telecom” şirkətinin rəhbəri Əşrəful Həsən də analoji cəzaya məruz qalıb.

Yunus və digər şirkət məmurlarına qarşı iş 2021-ci ildə Zavod və Müəssisələrə Nəzarət Departamenti tərəfindən qaldırılıb. İş materiallarında deyilir: departamentin auditi “Grameen Telecom”da əmək qanunvericiliyinin bir sıra pozuntularını aşkar edib. Bu, şirkətin 101 işçisinin daimi işlə təmin olunmaması və sosial təminat fondunun formalaşmamasıdır.

Məhəmməd Yunus 2006-cı ildə iqtisadi inkişafa verdiyi töhfələrə görə Nobel Sülh Mükafatını qazanıb. O, “Grameen Bank” vasitəsilə Banqladeşdə yoxsullara mikro kreditlər verməyə başladıqdan sonra beynəlxalq səviyyədə tanınıb.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur