Bu il aprelin 11-də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində nənəsi, 1953-cü il təvəllüdlü Natalya Popovanı amansızlıqla öldürən 1999-cu il təvəllüdlü Murad İmanovun məhkəməsi başa çatıb.
Qutb.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.İmanov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci (xüsusi amansızlıqla və tamah məqsədilə adam öldürmə) maddələri ilə ittiham edilib. 23 yaşlı təqsirləndirilən şəxs nənəsini qisas və tamah məqsədilə öldürdüyünü etiraf edib.