"NATO Ukraynadakı döyüş zonasına qoşun göndərməyi planlaşdırmır".
Publika.az xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq MSNBC telekanalına müsahibəsində bildirib.
“Ukraynada NATO-nun döyüş qüvvələrinin olması planı yoxdur”, - o vurğulayıb.
Stoltenberq qeyd edib ki, bir sıra NATO ölkələrinin Kiyevdəki səfirliklərində məsləhətlər verən hərbi geyimli öz adamları var.
Fevralın sonunda NATO üzvü olan Fransa Prezidenti Emmanuel Makron Ukraynaya Qərb quru qüvvələrinin göndərilməsinin mümkünlüyünü etiraf edib. O qeyd edib ki, bu məsələdə hələ də konsensus əldə olunmayıb.
Aprelin 21-də Stoltenberq ABŞ Nümayəndələr Palatasının Ukraynaya təxminən 61 milyard dollar dəyərində yeni yardım paketi ayırmaq qərarına müsbət cavab verib. O vurğulayıb ki, Ukrayna tərəfinə yardım Avropa və Şimali Amerikaya daha çox təhlükəsizlik verəcək.
Hüseyn İbadlı