28.04.24 | Bakı 15.03° C |
06:04:00
Lent :

Myasnikov sümük əriməsinin əsas səbəbini açıqladı

00:00 29.03.2024
GÜNDƏM
ads

Şəkərli qazlı içkilər içmək osteoporoza (sümük əriməsi) səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın əməkdar həkimi və teleaparıcı Aleksandr Myasnikov deyib.

Onun sözlərinə görə, şəkərin, o cümlədən fruktozanın çox olması səbəbindən uşaqlarda sümük kütləsinin artım sürəti azalır.

“Az hərəkət edən, lakin çox şirniyyat yeyən, şəkərli qazlı içkilər içən uşaqlar sümük kütləsi qazanmırlar, ona görə də qırx yaşından sonra sümüklər zəifləməyə başlayır. Bu içkilər birbaşa sümükləri məhv etmir, lakin postmenopozal yaşda osteoporozun inkişafına səbəb olurlar", - həkim vurğulayıb.

Mütəxəssis əlavə edib ki, qazlı içkilərdə olan fosfor turşusu sayəsində sümük kütləsi də "əriyir". Bundan əlavə, belə içkilərin içilməsi qanda şəkərin səviyyəsinin artması səbəbindən kişilərdə keçəlləşmə riskini artırır.

Xalq arasında sümük əriməsi kimi tanınan osteoporoz yaşlıların xəstəliyi kimi tanınsa da, hər yaşda və cinsdə görülə bilər. Osteoporoz, vahid həcmə düşən sümük kütləsinin azalması nəticəsində sümüyün kövrəkliyidir. Beləliklə, sümüyün keyfiyyəti və möhkəmliyi azalırsa, nəticədə sınıqlar və bununla bağlı problemlər yaranır.

Aytən


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az