11.05.24 | Bakı 22.03° C |
17:05:54
Lent :

"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı

06:00 28.04.2024
GÜNDƏM
ads

"Titanik" gəmisinin ən varlı adamı Con Astora məxsus qızıl cib saatı Böyük Britaniyada hərracda satılıb.

Publika.az "Sky News"a istinadla xəbər verir ki, hərrac rəşkilatçıları təxminən 1,5 milyon dollar qazanıblar.

Məlumata görə, bu, "Titanik"ə məxsus xatirə əşyalarının satışından indiyə qədər toplanan ən böyük məbləğdir.

"Henry Aldridge & Son" hərrac evinin məlumatına görə, Titanikdə ən varlı adamın cəsədindən çıxarılan qızıl cib saatı rekord məbləğə 1,175 milyon funt sterlinqə (1,5 milyon dollar) satılıb.

Bildirilir ki, saatın ilkin olaraq 100 min funt sterlinqdən 150 min funt sterlinqə qədər satışı planlaşdırılıb.

Qeyd edək ki, dünyanın ən böyük sərnişin gəmisi sayılan İngilis paroxodu "Titanik" 1912-ci il aprelin 14-də Sauthemptondan Nyu-Yorka ilk səfəri zamanı aysberqə çırpılıb və 2 saat 40 dəqiqə sonra batıb. Qəza nəticəsində təxminən 1,5 min insan ölüb.

Con Astor o dövrdə dünyanın ən varlı adamlarından biri hesab olunurdu. Nəşr qeyd edir ki, onun kapitalı təxminən 87 milyon dollar təşkil edirdi ki, bu da bu gün bir neçə milyard dollara bərabərdir. O, gəmidə qalsa da, arvadı Madeleni qayığa mindirməyə nail olub.

Cəsəd təbii fəlakətdən 7 gün sonra tapılıb. Onun üzərində JJA həkk olunmuş 14 karat qızıldan hazırlanmış nəfis "Waltham" cib saatı tapılıb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    22.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az