Moskva metrosunun “Sportivnaya” stansiyasında tüstülənmə baş verib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin əməliyyat xidmətlərinin yaydığı məlumatda sərnişinlərin təxliyə edildiyi bildirilir. Onlar arasında zərərçəkənlər var.
Metropolitennin “Sokolniçeskaya” xəttininin “Universitet” stansiyasından “Mədəniyyət Parkı” stansiyasına kimi hərəkət dayandırılıb.
Tüstülənmənin hansı səbəbdən baş verdiyi açıqlanmayıb.