29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Moldova və Rumıniya sərhədindəki keçid yenə bağlandı

13 fev 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Etiraz edən fermerlər Moldova və Rumıniya sərhədindəki ən böyük keçid məntəqəsi Leuseni yenidən bağlayıblar. “Leuseni-Albitsa keçid məntəqəsinə gedən yol fermerlər tərəfindən etirazlar çərçivəsində bağlanıb. Bu vəziyyətdə səyahət edənlərə əvvəlcədən digər sərhəd-keçid məntəqələrini seçmələrini tövsiyə edirik".

Publika.az xəbər verir ki bu fikirlər Respublika Sərhəd Polisinin "Telegram" kanalında bildirilir. Bundan əvvəl polis fermerləri “vətəndaşların sərbəst hərəkət hüququnu məhdudlaşdırmaqda” ittiham etmişdi. Etirazları təşkil edən “Fermerlərin Gücü” assosiasiyasının lideri Aleksandr Slusar öz növbəsində "Facebook" sosial şəbəkəsində yazıb ki, “etirazları bir neçə müxtəlif fermer təşkilatları təşkil edir və onlar bunu kortəbii şəkildə, müxtəlif ərazilərdə və müxtəlif şüarlarla edirlər”.

O, həmçinin hakim Fəaliyyət və Həmrəylik Partiyasını (PAS) bir neçə il əvvəl ölkədə oliqarx Vladimir Plaxotnyuk rejimi tərəfindən idarə olunanda olduğu kimi, polis vasitəsilə etirazçılara təzyiq göstərməkdə ittiham edib.

“2020-ci ildə fermerlər indi ölkəni idarə edən o vaxtkı müxalifətdən çoxlu şirin vədlər eşitdilər. O zaman mən bu seçki öhdəlikləri barədə sadəlövh deyildim, xüsusən də kənd təsərrüfatına PDS yanaşmalarını çox yaxşı bildiyim üçün. Amma mən gözləmirdim ki, indiki hökumət uzun illər Plaxotnyukun polis dövləti ab-havasında fəaliyyət göstərməsindən sonra əksəriyyəti onlara səs verən fermerlərlə dialoq əvəzinə gecələr onlara “maska ​​şouları” göndərməyə üstünlük verəcək”, - deyə Slusari yazıb.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur