Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilən müsabiqə başa çatıb.
Azərbaycan Audiovizual Şurasından Publika.az-a verilən məlumata görə, Şuranın 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb.
Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib:
"Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio")
"Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM")
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.