Meyxanaçı Ağamirzə Məmmədovun qızı ailə qurub.
Publika.az xəbər verir ki, bu barədə o, “Qonaqcanlı” verilişində danışıb.
O bildirib ki, kürəkəni Amerikada çalışır, qızı isə təhsil üçün sözügedən ölkəyə yollanıb.
Onların iyunun 9-da ABŞ-də toyu baş tutsa da, söz ustası iştirak edə bilməyib. Buna baxmayaraq müğənni Elariz Məmmədoğlu məclisdə səhnə alıb.