22.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Gələn aydan bu müavinətin məbləği də artırılır

22 yan 2025 12:00
GÜNDƏM
ads
Advertisement

Fevral ayında minimum pensiya məbləği artırılaraq 280 manatdan 320 manatadək çatdırılacaq. Aşağı pensiyalarda 14.3 faizlik artım orta pensiya məbləği ilə yanaşı, dəfn üçün müavinətin məbləğinə də təsir göstərəcək.

QÜTB.AZ xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, dəfn üçün müavinət dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslərə də ödənilir:

“Mövcud qanunvericiliyə əsasən, sığortaolunan şəxs vəfat etdikdə - 500 manat, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir.

Bu o deməkdir ki, pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksələcək. Bütövlükdə, hər iki istiqamətdə dəfn üçün müavinətin daha da artırılması müzakirə edilən məsələlərdəndir. Fiskal gəlirlərə uyğun olaraq bu istiqamətdə artımlar həyata keçirilir”.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur