Məşhur irlandiyalı model Voque Villiams tətildə olarkən paparassilərin bobyektivinə tuş gəlib.
Publika.az xəbər verir ki, lentə alınan fotoları "Daily Mail" yayıb.
Fotoqraflar 38 yaşlı modeli əri Spenser Metyusun yanında çəkiblər. Evli cütlük həmin an dənizdə vaxt keçiriblər.
Yayımlanan fotolarda yaşıl rəngli iki parçalı çimərlik paltarında olan Villiams altı-paket qarın əzələsi ilə tonlanmış fiqurunu nümayiş etdirib.
Bundan əlavə, o, geniş kənarlı hasır papaq və gün eynəyi taxıb. Onun əri də öz növbəsində ağ-qara üzgüçü şortu geyinib.
Hüseyn İbadlı