Məşhur rusiyalı aktyor və musiqiçi Mixail Boyarski ürəyindən əməliyyat olunub.
Publika.az xəbər verir ki, bu barədə “Mash na Moyke” Telegram kanalı məlumat yayıb.
Əməliyyat Sankt-Peterburqdakı Mariinski xəstəxanasında aparılıb. Mənbə təsdiqləyib ki, əməliyyat uğurlu olub. Boyarski üç gün tibb müəssisəsində qalıb, sonra evə buraxılıb.
Daha əvvəl onun xəstəxanaya yerləşdirildiyi məlum olmuşdu.
Sənətçinin planlaşdırıldığı kimi xəstəxanaya koronar angioqrafiya və stent qoyulması üçün getdiyi bildirilib.
Son aylarda Boyarski bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Yeni ildən əvvəl Sankt-Peterburqdakı tibb müəssisələrindən birinə yerləşdirilib və orada ürəyində problem yaranıb, noyabrda isə infarkt keçirib.