Məşhur aktyor Əhməd Kural həyat yoldaşı Çağla Gizem Şahinə ilk görüşdə aşiq olduğunu etiraf edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ata olmağa hazırlaşan aktyor xanımı ilə münasibətlərindən söz açıb.
"Çağlaya ilk görüşdə aşiq oldum. Yeni bir dünya. Böyük bir ürəyi var. Sizi dinləyən, sizi anlayan və həqiqətə əsaslanan münasibət idi. Onunla bir ömür keçirmək və ailə qurmaq istədim. Bu günlərdə həyəcanlıyıq. "Ata olanda anlayarsan" sözlərini indidən anlayıram. Çox xoşbəxtəm, Allah sağ-salamat qucağımıza almağı nəsib etsin. Həyatda prioritetlərimin dəyişdiyini hiss edirəm.
Artıq onun gələcəyi haqqında düşünməyə başlamışam. Çağla ilə davamlı olaraq yaxşı və xeyirxah bir insan olmaq üçün nə etməli olduğumuzdan, potensialını reallaşdıracaq sağlam bir fərd olması üçün nələrə diqqət etməli olduğumuzdan danışırıq. Çağla artıq şüurlu anadır. O, hər şeyi oxuyub başa düşərək etməyə çalışır. Ər və arvad olaraq çox həyəcanlı və xoşbəxt bir dövrdəyik", - 41 yaşlı ulduz bildirib.
"Sabah" qəzetinə müshaibə verən aktyor həm də evliliyin həyatını dəyişdirdiyini deyib və boşanmalara münasibət bildirib:
"Çağımızın xəstəliyi sürətdir. Bəlkə təkcə sürət də deyil. Performans sərgiləmək öhdəliyi. İnsanlar indi həm sosial mediada, həm də öz rutinlərində gündəlik həyatlarında çox sürətli yaşamalı olurlar. Və onlar daim qarşı tərəfə bir performans sərgiləmək məcburiyyətindədilər. Bu, bizi düşünməyə və münasibətləri dərinləşdirməyə mane olur. Beləliklə daha dözümsüz olursunuz. Bunlar ailə institutuna da mənfi təsir göstərir. Məndə bu, əks effekt verdi. İnsan qəlbini əmanət edə biləcəyi və başqa bir qəlbi əmanət ala biləcəyi, iki insanın birlikdə çiyin-çiyinə qura biləcəyi pak bir həyatı görəndə evlilik böyük nemətə çevrilir. Məndə də belə oldu. Bundan başqa bütün lazımsız şeylərdən qurtuldum. Bu, məni, özümə daha çox diqqət yetirməyə və prioritetlərimi nəzərdən keçirməyə məcbur etdi".