Ekvador yeni texnika müqabilində Rusiyanın köhnə hərbi texnikasını Vaşinqtona təhvil verəcək.
Publika.az xəbər verir ki, bu barədə Ekvadorun dövlət başçısı Daniel Noboa məlumat verib.
Prezident qeyd edib ki, Moskvanın etirazı ölkənin qərarına təsir etməyib.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti bunun hərbi texnika olduğunu iddia edir, lakin Ekvador bunun metal qırıntıları olduğunu sübut edib.
Eyni zamanda Noboa vurğulayıb ki, Ekvador Rusiya ilə münasibətləri kəsməyəcək. O, Moskvanın mövqeyini “tamamilə adekvat deyil” adlandırıb, çünki hazırda ölkədə genişmiqyaslı iğtişaşlar baş verir. “Və əgər onlar bizə kömək etmək istəyirlərsə, Allah onlara bunu etməyi nəsib etsin”, deyib.
Rusiya tərəfi öz növbəsində avadanlıqların ötürülməsini qeyri-dost addım adlandırıb.
Qeyd edək ki, yanvarın əvvəlində Noboa Ekvadorun, ümumi dəyəri 200 milyon dollar olan yeni avadanlıqlar müqabilində köhnə Rusiya və Ukrayna avadanlıqlarını ABŞ-a təhvil verəcəyini açıqlayıb.Rusiya səfiri Vladimir Sprinçan da öz növbəsində qeyd edib ki, Moskva bu hərəkəti qeyri-dost addım kimi qəbul edəcək.
Sprinçan texnikanın göndərilməsini Ukrayna münaqişəsinə töhfə adlandıraraq, Rusiyanın xüsusi əməliyyatı məsələsində özünü neytral tərəf kimi göstərən Ekvadorun mövqeyindəki ziddiyyətlərə diqqət çəkib.
Yanvarın 19-da ABŞ-ın Cənub Komandanlığının rəhbəri general Laura Riçardson Kuba , Venesuela , Nikaraqua və digər altı ölkədə hələ də Rusiya silahlarının olduğunu bildirib. General bildirib ki, Latın Amerikası ölkələri Ukraynaya kömək etsələr, Amerika hakimiyyəti onu öz texnikaları ilə dəyişməyə hazırdır.
Kreml rəsmisi Dmitri Peskov vurğulayıb ki, Rusiya ABŞ-ın Latın Amerikası ölkələrini Kiyevə silah ötürməyə razı salmaq cəhdlərini diqqətlə izləyəcək . Onun sözlərinə görə, bu vəziyyətdə üçüncü ölkələrə hər hansı tədarükün hüquqi məhdudiyyətlərini yadda saxlamaq lazımdır.
Cəmilə