27.04.24 | Bakı 27.03° C |
16:04:06
Lent :

Lotu Qulinin rəqibi olmuş məşhur kriminal avtoritet azadlıqda

17:00 29.03.2024
GÜNDƏM
ads

Kriminal aləmdə Şakro Molodoy kimi tanınan Zaxari Kalaşov vaxtından əvvəl azadlığa buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Məhkəmə martın 13-də Zaxari Kalaşovun şərti azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Məhkəmənin mətbuat xidməti daha sonra qərarın “tibbi səbəblərə görə” verildiyini açıqlayıb. Mediada məhkuma “korluq” diaqnozu qoyulduğu bildirilib.

Kalaşov artıq Krasnodar vilayətinin Ust-Labinski rayonunun Dvubratski kəndində yerləşən İK-2-ni tərk edib.

2018-ci ilin martında Moskvanın Nikulinski Məhkəməsi Kalaşovu hədə-qorxu ilə tələb etdiyinə görə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda, hökmdə onun "Rusiyanın kriminal aləmində aparıcı mövqeyi" olduğu qeyd edilib.

Qeyd edək ki, Şakro Molodoy Türkiyədə qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) əsas rəqiblərindən biri idi.

Cəmilə


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    27.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az