21.02.25 | Bakı -0.97° C |
10:06:25
Lent :

Kilosu 10 manatdır: faydasını bilsəniz, hər gün alacaqsınız

04 fev 2025 17:00
GÜNDƏM
ads

Son illərdə sağlam həyat vərdişləri çərçivəsində populyarlaşan qidalardan biri də şirin kartofdur.

QÜTB.AZ xəbər verir ki, mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu tərəvəzi gündəlik qida rasionunuza əlavə etmək üçün tutarlı səbəblər var.

Birincisi, şirin kartof vitaminlə zəngindir və gündəlik A vitamini ehtiyacınızın çoxunu ödəyə bilər. Eyni zamanda, immunitet sistemini gücləndirir və dəridə hüceyrələrin bərpasını təşviq edir. Şirin kartof C vitamini, kalium və manqanla da zəngindir.

Həmçinin tərkibindəki sağlam pəhriz lifləri sayəsində həzmi tənzimləyir və dəstəkləyir, uzun müddət toxluq hissi verir.

Şirin kartof aşağı glisemik indeksi olan qidalar arasındadır. Yəni qan şəkərində qəfil artım və azalmaların qarşısını almağa kömək edir.

Qeyd edək ki, şirin kartofun bir kiloqramının Azərbaycanda pərakəndə satış qiyməti 6 manatdan başlayır. Həmçinin bəzi mağazalarda idxal edildiyi ölkədən asılı olaraq 10-15 manata təklif olunur.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-0.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur