01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Dəhşətli apokalipsis, hər şeyin sonu olacaq: Medvedevdən dünyanı qorxudan XƏBƏRDARLIQ

07 fev 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Rusiya ilə NATO arasında müharibə olacağı təqdirdə dünya apokalipsislə üzləşəcək.

Publika.az xəbər verir ki, Medvedevin sözlərinə görə, Qərb siyasətçilərinin Moskva ilə gözlənilən hərbi münaqişə ilə bağlı bəyanatları çox təhlükəlidir. Eyni zamanda Medvedev xatırladıb ki, Rusiya dəfələrlə belə planlarının olmadığını bildirib.

Təhlükəsizlik Şurasının sədr müavini bildirib ki, NATO ölkələrinin liderləri Rusiya ilə müharibədən danışaraq seçiciləri Ukraynaya ayırdıqları çoxmilyardlı xərclərdən yayındırmağa çalışırlar. “Axı külli miqdarda pul bu dövlətlərdə sosial problemlərin həllinə deyil, müharibəyə xərclənir”.

Medvedev hesab edir ki, belə bir müharibə baş verərsə, bu, Ukraynadakı əməliyyata bənzəməyəcək: artilleriya, zirehli texnika və pilotsuz uçuş aparatlarından istifadə etməklə səngərlərdə döyüş olmayacaq.

O qeyd edib ki, Rusiya və NATO-nun hərbi potensialı müqayisəedilməzdir, çünki Qərb ölkələrinin ümumi hərbi büdcəsi bir trilyon yarım dollara çatır.

“Buna görə də Rusiyanın cavabı asimmetrik olacaq, ölkə xüsusi döyüş başlıqları olan ballistik və qanadlı raketlərdən istifadə edəcək”, - Medvedev bildirib.

“Və bu çox dəhşətli apokalipsis olacaq. Hər şeyin sonu çatacaq”, - Medvedev yekunlaşdırıb.

Siyasətçi hesab edir ki, Qərb liderləri seçicilərə həqiqəti söyləməli və əslində nə baş verəcəyini izah etməlidirlər, Rusiya ilə müharibəyə hazır olduqları barədə yalan danışmamalıdırlar.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur