Mərhum siyas xadim Afiyəddin Cəlilovun nəvəsi, vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə Afiyəddin Cəlilovun metrolarda çəkilişlər etdiyi ortaya çıxıb.
“Bakı Metropolitenindən istifadə Qaydaları”na əsasən rəhbərliyin icazəsi olmadan metro daxilində foto, video və kino çəkilişləri aparmaq qanunla qadağandır.
Bəs Afiyəddin Cəlilov metronun vaqonunda necə videoçəkiliş edib? Metropolitendə çəkiliş edən şəxslərlə bağlı hansı cəza tədbirləri görülür?
Qütb.az xəbər verir ki, məsələ ilə bağlı Teleqraf.com-a danışan Bakı Metropoliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, qanunvericiliyə əsasən metroda heç bir halda çəkilişə icazə verilmir: "İşçilərimiz yeniyetmənin çəkiliş apardığını müəyyən edən kimi dərhal polis şöbəsinə müraciət olunub. Ümumilikdə icazəsiz şəkildə çəkiliş halı aşkarlandıqda tərəfimizdən hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verilir. Artıq cəza tədbirləri və digər məsələlər bizim səlahiyyətimizdə deyil. Çünki metropoliten inzibati və ya digər məsuliyyət tədbirlərini icra etmir".
Qeyd edək ki, Afiyəddin Cəlilovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilib.