İsveç Finlandiyadan 321 ədəd zirehli maşın alacaq.
Publika.az xəbər verir ki, bu barədə İsveçin FMV müdafiə təchizat agentliyi məlumat yayıb.
Məlumata görə, agentliklə Finlandiyanın "Patria" şirkəti arasında 321 ədəd altıtəkərli zirehli döyüş maşınının alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri təxminən 470 milyon avrodur.
Qeyd olunub ki, yeni texnika İsveç Quru Qoşunlarının Livqardet alayı, eləcə də krallığın bəzi digər bölmələrində istifadə olunacaq.