29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İsrailin "Eurovision"da iştirakına qadağa qoyulub?

11 yan 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Finlandiyanın musiqi xadimləri İsrailin Eurovision Mahnı Müsabiqəsində iştirakdan kənarlaşdırılmasını tələb edən petisiya imzalayıb.

Publika.az xəbər verir ki, petisiyanın müəllifləri İsraili Qəzza zolağında hərbi cinayətlərdə ittiham edirlər.

Onlar hesab edirlər ki, müsabiqənin təşkilatçısı Avropa Yayım Birliyi (EBU) israilliləri kənarlaşdırmaqdan imtina edərsə, o zaman Finlandiyanın "Yle" telekanalı öz iştirakçısını geri çağırmalıdır.

Petisiyanın müəlliflərindən biri, mədəniyyət fəalı Lukas Korpelainen “Hufvudstadsbladet” qəzetinə deyib ki, “Eurovision” təşkilatçıları İsrailin müsabiqədə iştirak edərək “imicini yandırmağa” imkan verməməlidir.

Bundan əlavə, petisiya müəllifləri "Yle" TV-ni ikili standartlarda ittiham edərək, onun nümayəndələrinin Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Rusiyanın Eurovision Mahnı Müsabiqəsində iştirakdan kənarlaşdırılmasına çağıran ilk şəxslərdən biri olduğunu iddia ediblər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur