04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Gündəm olan idmançının məşqləri görün neçəyə imiş

30 yan 2024 12:00
GÜNDƏM
ads

TikTok-un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir.

Özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür.

Rəqs edərək və tempi hesablayaraq arıqlama məşqləri aparan məşqçinin qiymətləri son günlər cəmiyyəti maraqlandıran məsələlərdən biridir.

Publika.az xəbər verir ki, Yenisabah.az Çaqayevin məşq qiymətləri ilə maraqlanıb. Belə ki, 60 günlük xüsusi məşq proqramına qoşulmaq üçün nə az, nə çox 1000 manat ödəmək lazımdır.

Proqrama qoşulan zaman şəxsə özəl, onun məqsədinə uyğun xüsusi yemək proqramı yazılır. Məşqlər idmançının nəzarəti altında, həftədə 3 dəfə aparılır.

Lakin məşhur məşqçinin proqramına qoşulmaq elə də asan deyil, bunun üçün öncədən sıraya yazılmaq lazım olur.

Qeyd edək ki, Çaqayev “TikTok” və “İnstagram”ın aktiv istifadəçisidir, onun “TikTok” səhifəsinə 860 000 izləyici abunə olub, baxışlarının sayı isə 20 milyonu keçib və artmaqda davam edir. Onun məşqlərdə çəkilən videoları sosial şəbəkədə yayılaraq qlobal TikTok tendensiyalarına çevirilib.

Əsmətxanım Rzazadə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur