Rusiya Federal Vergi Xidməti ödənilməmiş borcuna görə azərbaycanlı bloger Hüseyn Həsənovun avtomobillərinə və mənzillərinə məhkəmə yolu ilə həbs qoymaq niyyətində olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya "Telegram" kanalları yazır.
Məlumata görə, Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin tələbi ilə Həsənova qarşı icraata başlayıb. Qurum blogerin Moskva şəhəridə “Neva Towers” kompleksindəki 124 kvadratmetr sahəsi olan mənzilini geri almağı tələb edib. Mənzilin qiymətinin 150 milyon rubl olduğu bildirilir.
Qeyd olunub ki, Həsənov 2020-ci istehsalı olan 50 milyon dəyərindəki “Rolls-Roys Cullinan” və 2022-ci istehsalı olan 11 milyon rubl dəyərindəki “Şevrolet Tahoe”avtomobillərini itirə bilər.
(Axar.az)