01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İrlandiyanın Baş naziri istefa verdi

20 mar 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Leo Erik Varadkar İrlandiyanın Baş naziri və mərkəzçi mühafizəkar Fine gel Partiyası sədri vəzifələrindən istefa verib.

Publika.az xəbər verir ki, məlumatı TASS yayıb.

“2017-ci ilin iyununda partiya sədri və baş nazir olanda bilirdim ki, liderin xüsusiyyətlərindən biri də hakimiyyətin başqasına təhvil verməli olduğu anı dərk etmək, buna cəsarətinin çatması bacarığıdır”, - Leo Varadkar xalqa müraciəti zamanı vurğulayıb.

İrlandiyalı politoloqların fikrincə, bu qərar tamamilə gözlənilməz olub. Hökumət başçısının qərarı ilə bağlı mətbuata əvvəlcədən heç bir məlumat sızmayıb.

Qeyd edək ki, Leo Erik Varadkar 1979-cu il yanvarın 18-də İrlandiyanın Dublin şəhərində anadan olub. 2017-ci il iyunun 14-dən Baş nazir seçilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur