09.04.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

"Komandam çempion olsa, papağımı yeyəcəyəm”

07 apr 2025 02:00
DÜNYA
ads

Məşhur rus aktyoru Mixaíl Boyarski TASS-a verdiyi müsahibədə futbola olan sevgisindən və “Zenit” komandasına olan bağlılığından danışıb.

Qutb.az xəbər verir ki, o, Sankt-Peterburqdakı “Petrovski” stadionunda futbol matçlarını izləməyi qədim dövrlərdə hamama getmək ənənəsi ilə müqayisə edib.

Aktyor söz verib ki, əgər “Zenit” bu il birinci yeri tutsa, papağını yeyəcək:

“Mən adətən çox vəd vermirəm. Amma komandanın nüfuzu üçün çox şeyə hazıram. Əgər "Zenit" bu il çempion olsa, papağımı yeyəcəyəm – yavaş-yavaş, tikə-tikə, amma yeyəcəyəm”.

“D’Artanyan” obrazı ilə məşhurlaşan Boyarski qılıncoynatmadan söz açaraq bildirib ki, qadınların bu idman növündə çıxışlarını izləməyi daha maraqlı hesab edir: “Qadınlar çox iti, hiyləgər, gözlənilməz və cəsurdurlar. Onlar hər uğura və ya səhvə daha emosional reaksiya verirlər. Bu isə onları izləməyi daha maraqlı edir. Kişilər emosiyalarını gizlədirlər, qadınlar isə hər zaman emosiyalarını ifadə edirlər”.

 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur