06.05.24 | Bakı 17.03° C |
17:05:55
Lent :

İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır

11:00 26.04.2024
GÜNDƏM
ads

Ermənistan hakimiyyətində azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdışı məsələsi müzakirə olunur.

Publika.az
xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr yazır ki, 4 kəndin qaytarılmasından sonra müxtəlif bölgələrdə başlanan aksiyalar hakim komandada ikitirəlik yaradıb.

“Bəzi məlumatlara görə, təkbətək müzakirələrdə hakim partiyanın deputatları hazırkı vəziyyətin müharibədən sonrakı günlərə bənzədiyini əsas gətirərək, mümkün hücumlara hazırlıq görülməsindən danışır. Lakin bir çoxları narahat deyil, aksiyaların geniş vüsət alacağını düşünmürlər.

Əsas qorxu isə azərbaycanlı qaçqınların (Qərbi Azərbaycandan deportasiya olunanlar-red) geri qayıtmasıdır. Düşünürlər ki, azərbaycanlıların geri qayıtması məsələsi gündəmə gələcəksə, bunu heç nə ilə izah edə bilməyəcəklər. Çünki indi qaytarılan kəndlərin Azərbaycana məxsus olduğunu deyirlər, amma azərbaycanlı qaçqınlar qayıdacaqsa, buna haqq qazandıra bilməyəcəklər.

Hətta hakim komandada müzakirələr gedir ki, azərbaycanlılar geri qayıtdıqdan sonra Azərbaycan kəşfiyyatının Ermənistan daxilində təsir imkanları artacaq və hər şey o zaman başlayacaq”, - nəşr qeyd edir.

Qeyd edək ki, Qərbi Azərbaydandan deportasiya olunmuş azərbaycanlıların geri qayıtması rəsmi Bakının Ermənistan qarşısında irəli sürdüyü əsas tələblərdən biridir.

Asif


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az