İran Xarici İşlər Nazirliyi Qərbi münasibətlərdə “yeni səhifə açmağa” çağırır və qarşılıqlı addımlar gözləyir.
Publika.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kaniyə istinadla məlumat yayıb.
“İnanırıq ki, indi vaxt gəlib çatıb və növbə qarşı tərəfin qarşılıqlı fəaliyyətə başlamaq və yeni fəsil açmaq üçün səmimi niyyətlərini sübut etməkdədir. Biz həmişə son dərəcə dürüst və ciddi olmuşuq, əlbəttə ki, bütün beynəlxalq oyunçularla qarşılıqlı əlaqənin təmin edilməsinə gəldikdə, dürüst və ciddi olacağıq”, - Kani bildirib.
Qeyd edək ki, seçkilərdə qalib gələn azərbaycanlı prezident Məsud Pezeşkian on illərdir sanksiyalar altında olan İranla Qərb arasında münasibətlərin bərpası şüarı ilə çıxış edib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən Əli Baqiri Kani Tehran və Moskva arasında uzunmüddətli tərəfdaşlığa diqqət çəkib, həmçinin Rusiyanı güclü ölkə adlandırıb.
Hüseyn İbadlı