Aktau yaxınlığında təyyarə qəzasında həlak olmuş Milli Qəhrəman Hökumə Əliyevanın Samux rayonunun Alıuşağı kəndində yas mərasimi keçirilib.
QÜTB.AZ xəbər verir ki, təyyarə bələdçisi H.Əliyevanın yas mərasiminin 7-ci günündə iştirak edənlər arasında onun keçmiş həmkarları da olublar.
Onlardan biri Rəsmiyyə Əliyeva H.Əliyeva barədə xatirələrini bölüşüb. AZAL-ın əməkdaşı deyib: "Hökumə AZAL-a gələndə mən onun əlindən tutub təyyarəyə aparmışam. Təyyarə ilə tanış etmişəm. Qəza xəbərini eşidəndə çox məyus olduq".
Ətraflı "Baku" TV-nin süjetində: