20.02.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Deputat çağırış etdi: Rus mətləbləri bağlansın!

19 fev 2025 00:00
GÜNDƏM
ads

Bu ildən Azərbaycanda rus məktəblərinin fəaliyyəti dayandırılmalıdır.

 

Qutb.az xəbər verir ki, bunu deputat Elşad Musayev MediaTürk TV- nin efirində yayımlanan "Gündəm masa" da verilişində qonaq olarkən deyib.

 

Elşad Musayev bildirib ki, bununla bağlı Elm və Təhsil Nazirliyi ölçü götürməlidir.

 

“Bizim nəyə görə başqa dövlətin dilində məktəbimiz olmalıdır? Bizim strateji xəttimiz Türk dünyası ilə bağlıdır. Ona görə də buna uyğun addım atmalıyıq. Təhsil siyasətimizi də bu xəttə uyğunlaşdırmalıyıq. Nəyə görə biz rus düşüncəli yeni nəsil yetişdirməliyik? Azərbaycanda rus təəbəliyində yaşamaq istəyənlərin sayı milli qüvvələrdən qat-qat çoxdur və bu insanlar nümayişkəranə şəkildə açıq-aşkar rusca danışırlar. Bu Azərbaycan xalqına meydan oxumaq deməkdir. Belə insanlara milli qüvvələr olaraq cavab verməliyik".

 

Deputat rus məktəblərini Türk dünyası strategiyasına böyük zərbə adlandırıb:

 

“Əgər ölkədə rus məktəbləri qalacaqsa, Azərbaycana təhdid davam edəcək. Övladlarımız çoxlu dil bilməlidirlər, lakin rusdilli təhsil alan şagirdlərlə ölkəmiz üçün təhlükə yaradan nəsil yaratmağa yol verməməliyik. Bu uşaqları kimin üçün yetişdiririk? Rusiya istəyir ki, Azərbaycan qapazaltı dövlət olsun, inkişaf eləməsin. Biz ona görə də bunlara yerini, həddini bildirməliyik. Azərbaycanı sevən kim varsa, bu məsələdə konkret mövqeyini bildirməlidir”.

 

 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur