05.05.24 | Bakı 19.03° C |
09:05:11
Lent :

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

17:00 25.04.2024
GÜNDƏM
ads

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Diplomat qeyd edib ki, Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət məsələləri üzrə Baş müşaviri Maqdalena Qrono ilə görüşü olub: “Aİ-Azərbaycan gündəliyindəki bir çox məsələlərlə bağlı geniş müzakirələrə görə Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət məsələləri üzrə Baş müşaviri Maqdalena Qronoya təşəkkür edirəm. Bu görüş çərçivəsində mən dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə noyabr ayında Bakıda keçiriləcək COP29-a dəvət məktubunu çatdırmaq şərəfinə nail oldum”.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az