Rusiyada müstəntiqlər beş il ərzində iki qızını zorlayan 43 yaşlı kişiyə qarşı cinayət işini başa çatdırıblar.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Kemerovo vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci (“Zorlama”) və 132-ci (“Seksual xarakterli zorakılıq hərəkətləri”) maddələri ilə ittiham olunur. Hazırda cinayət işi məhkəməyə verilib.
İstintaqın məlumatına görə, həmin şəxs 2018-ci ilin sentyabrından 2023-cü ilin oktyabrına qədər qızları, kiməsə desələr, onları fiziki güc tətbiq etməklə hədələyərək övladlarını zorlayıb. Qızlardan birinin dostu hüquq-mühafizə orqanları ilə əlaqə saxladıqdan sonra polislər həmin şəxsi həbs ediblər.
Tural