Böyük Britaniya kralı III Çarlz gələn həftə xəstəxanaya yerləşdiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Bukingem Sarayından bildirilib ki, Çarlz prostat vəzinin böyüməsi ilə bağlı müalicə alacaq. 75 yaşlı kral daha sonra gücünü bərpa etmək üçün müvəqqəti olaraq ictimaiyyət qarşısında çıxışlardan çəkinəcək.