İspaniyanın Barselona şəhərində avtobusun idarəetməni itirərək tunelə çırpılması nəticəsində 15 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, qəzadan sonra dik vəziyyətdə dayanan avtomobildə 60 işçi olub.
Səlahiyyətlilər bütün sərnişinləri təxliyə edib. Sürücü avtobusda sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə 24 yanğınsöndürən, 15 təcili tibbi yardım maşını və 2 helikopter cəlb olunub.
Roza