Husilər ABŞ-a məxsus "MQ-9" pilotsuz təyyarəsini vurublar.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, ABŞ hərbçiləri Yəməndə onların pilotsuz təyyarəsinin husilər tərəfindən vurulduğunu təsdiqləyiblər.
Hadisənin istintaqı aparılır.
Qeyd edilir ki, husilər oktyabrın 7-də İsrail-Həmas qarşıdurmasının başlamasından bəri ABŞ-a məxsus 10-dan artıq "MQ-9"u məhv ediblər.