03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Rusiyanın şok planı üzə çıxdı: ABŞ Avropadakı bazalarını döyüş vəziyyətinə gətirdi

10 iyl 2024 06:00
GÜNDƏM
ads
Advertisement

ABŞ-ın Avropadakı hərbi bazalarında təhlükəsizlik tədbirləri Rusiya ilə əlaqəli şəxslər tərəfindən gözlənilən təxribatlara görə gücləndirilib.

Publika.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ kəşfiyyatı Rusiyanın muzdlu olduğu iddia edilən şəxslərin Avropadakı Amerika hərbi obyektlərinə təxribat törətmək üçün silsilə hücumlar təşkil etmək niyyətində olduqları barədə məlumat alıb.

Eyni zamanda, ABŞ-ın Avropadakı komandanlığı kanala təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin konkret səbəblərini açıqlamayıb və bunun hər hansı konkret təhdidlə deyil, “təhlükəsizliyə təsir edən amillərin məcmusundan” qaynaqlandığını bildirib.

CNN daha əvvəl xəbər vermişdi ki, ABŞ-ın Avropadakı bir neçə hərbi bazası Amerika hərbçilərini və ya obyektlərini hədəfə ala biləcək terror hücumu təhlükəsi səbəbindən iyunun 29 və 30-da yüksək hazırlıq vəziyyətinə gətirilib. Amerikanın Avropadakı bazalarından birində yerləşən kanalın həmsöhbəti aydınlaşdırıb ki, son 10 ildə belə bir terror təhlükəsi qeydə alınmayıb.

Akqabay


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur