29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

"Heç kim oturub ağıllı-ağıllı yazmasın ki..."

17 iyl 2024 11:00
GÜNDƏM
ads

Müğənni Ayan Babakişiyeva Əməkdar artist Elza Seyidcahanın meyxanaçıları tənqid etməsinə dəstək olub.

Publika.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ifaçının açıqlamasına mənfi rəy yazanlara cavab verib.

"Elza xanım kim Azərbaycan dilini, musiqisini bərbad hala salırsa, onlara deyir. Burada heç kim oturub mənə ağıllı-ağıllı yazmasın ki, sən bəs nə oxuyursan? Yaxşı bilirəm ki, hansı bəstəkarlarla işləmişəm və işləyirəm. Musiqilərimizi, kliplərimizi hansı yatırımlarla ərsəyə gətirirk... Elza xanım gözəl bəstəkar, savadlı qadın, əsl sənətin dərinliyini bilən sənətkardır. Tarixdə qalan yüzlərlə əsərləri var, içi mən qarışıq hamımız əzbər bilirik, dinləyirik. Doğru deyir ki, bizim bir dil mədəniyyətimiz var, onu xarab etməyin".

Qeyd edək ki, Seyidcahan "O bahalı avtomobil və ona bahalı nömrə, ev alan meyxanaçıdan xahiş edirəm: Sizin böyük dinləyici kütləniz var, onları səhv tələffüsünüzlə pozmayın" deyə, meyxanaçılara müraciət edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur