Gürcüstan ilə ABŞ arasında mövcud olan münasibətlər müəyyən şəxslər və qüvvələr tərəfindən korlanıb.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Birləşmiş Ştatlar tərəfindən maliyyə dəstəyi alan gürcü Qeyri-Hökumət Təşkilatları 2020-2021-ci illərdə ölkəmizdə iki dəfə inqilab etməyə çalışıb. Bu il isə 3-cü cəhdin şahidi olduq. Ona görə də hesab edirəm ki, Gürcüstanla ABŞ arasında olan münasibətlərə yenidən baxılmalıdır", - deyə o bildirib.
Baş nazir deyib ki, ABŞ-ın Gürcüstandakı sabiq səfirinin dövründə çox şey korlanmışdı, ona görə də gürcü-amerikan münasibətləri yenidən nəzərdən keçirilməlidir.