02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Gürcüstanı Rusiya təhvil vermiş krala abidə ucaldılır: Tbilisidə nə baş verir?

28 avq 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Gürcüstan hökuməti ölkənin Rusiya protektoratlığına keçməsi haqqında Müqəddəs Georgi müqaviləsini bağlamış Kartli-Kaxetiya krallığının kralı II İrakli Baqrationa Tbilisidə yeni abidə ucaltmaq qərarına gəlib.

QÜTB.AZ xəbər verir ki, “Azadlıq” radiosunun məlumatına görə, bu, Gürcüstanın baş naziri İrakli Kobaxidze tərəfindən irəli sürülüb.

"Bizim borcumuz Gürcüstan tarixinə və dini və milli kimliyimizi qoruyub saxlayan bütün şərəfli qəhrəmanlara ehtiram bəsləməkdir" deyən baş nazir hökumətin iclasında II İraklinin "milli qəhrəman olduğunu" qeyd edib.

Qərbyönlü siyasi qüvvələr hökumətin təşəbbüsünü tənqid edib. Mixail Saakaşvilinin Vahid Milli Hərəkatı hakim “Gürcü Arzusu” partiyasını “ölkəni Rusiyaya təslim etmək” cəhdində ittiham edib və parlament seçkilərinə iki ay qalmış təşəbbüsün “təsadüfi olmadığına” işarə edib.

1783-cü ildə Georgiyevsk müqaviləsi bağlanıb. O, Kartli-Kaxeti krallığını (Şərqi Gürcüstan) Rusiyanın protektoratına çevirib. Həmin müqavilə ilə krallıq daxili işlərdə formal müstəqilliyini saxladı, lakin müstəqil xarici siyasətdən qismən imtina etdi. Gürcüstan 17 ildən sonra Rusiya imperiyasının tərkibinə daxil oldu.

Müasir Gürcüstanda II İraklinin rolu birmənalı qiymətləndirilmir. Bəzi tarixçilər və siyasətçilər hesab edirlər ki, onun bağladığı Georgiyevsk müqaviləsi Gürcüstan dövlətçiliyinin ləğvi üçün ilkin şərt olub.

Bu, Gürcüstanda II İraklinin ikinci abidəsi olacaq. Birincisi Sovet dövründə çarın məmləkəti Telavidə ucaldılıb.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur