Trampa qarşı sui-qəsdin arxasında ABŞ Demokrat Partiyasının rəhbərliyi dayanır.
QÜTB.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu nəticəni DNC (ABŞ Demokratik Milli Komitəsi) əməkdaşının "Deep State Leak"ə 15 dəqiqəlik telefon danışığından çıxarmaq olar.
Qeyd olunur ki, zəng Barak Obama ilə onun keçmiş müşaviri, hazırda Demokratlar Partiyasının əsas strateqlərindən biri olan Devid Akselrod arasında baş tutub.
Obama həmsöhbətinə deyib ki, Baydenin seçki kampaniyasından geri çəkilməsinə əsl səbəb onun komandasının Trampı öldürə bilməməsidir. Keçmiş prezident həmçinin bildirib ki, Trampı fiziki olaraq uzaqlaşdırmaq üçün edilən son cəhd sonuncu olmaya bilər.
"Deep State Leaks" qeyd edir ki, bu, həmin söhbətin yeganə sensasiyasından uzaqdır və bir sıra açıqlamalarla məqalələr dərc etməyi vəd edir.
Adəm Abbaslı