07.02.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

Gözəllik salonlarındakı qanunsuz PROSEDURLAR

29 yan 2025 07:00
GÜNDƏM
ads
Advertisement

Lazer, dərinin təmizlənməsi, kosmetoloji prosedurlar. Bunların salonlarda icra olunmağına xanımların bir çoxu ya öyrəşib, ya da öyrəşdirilib.

Halbuki lazer də, kosmetoloji prosedurlar da, əslində, tibbi xidmət sayılır.

Məsələnin maraqlı tərəfi isə budur ki, sözügedən prosedurları salonlarda icra edən şəxslərdən nə lisenziya tələb olunur, nə də nəzarət tədbirləri görülür.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva bildirib ki, gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir:

"Vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti gözəllik salonlarında xidməti yoxlamalar keçirilir. Sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir".

Ətraflı "Baku" TV-nin süjetində:

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
143 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur